"WikiLeaks" saytı ABŞ-ın Yəməndə fəaliyyət göstərən səfirliyinə aid 500 sənədi dərc edib. SİA Suriyanın "SANA" agentliyinə istinadən xəbər verir ki, həmin sənədlərə əsasən, rəsmi Vaşinqton müharibəyə qədərki dövrdə silahlı qruplaşmaları silahlandırmaqla və onları maliyyələşdirməklə məşğul olub.
"Bununla yanaşı, sənədlərdə göstərilir ki, Yəmən müharibəyə qədər amerikalılardan müxtəlif növ silahlar – təyyarələr, nəqliyyat vasitələri, katerlər və biometrik sistemlər əldə edib"-deyə "WikiLeaks" saytının yazdıqlarını Rusiyanın "RT" informasiya agentliyi də təsdiq edir.
"Baş vermiş müharibə nəticəsində Yəməndə 3,5 milyon insan daxili qaçqınlara çevrilib". Bu fikirləri isə "WikiLeaks"ın təsisçisi Culian Assanc bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar müharibədə istifadə olunan müxtəlif bobmaları da Yəmənə göndərib və bununla yanaşı müharibənin aparılması qaydaları haqqında materiallar da mövcuddur ki, həmin materialların ingilis dilində olması çox nadir şəkildə rast gəlinir. Belə ki, həmin materiallar ərəb dilində dərc edilərək, silahlılara verilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB