Mətbuat Şurasında kitab təqdimatı keçirilib SƏS TV

Mətbuat Şurasında kitab təqdimatı keçirilib SƏS TV

Bu gün Azərbaycan Mətbuat Şurasında (AMŞ) Asif Bəkirlinin "İnsan resurslarının idarəedilməsi: nəzəriyyədən praktikaya" adlı kitabının təqdimat mərasimi keçirilib.

SİA-nın məlumatına görə, təqdimat mərasimində MŞ-nın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov nəşrin mahiyyəti ilə bağlı məlumat verib.

O qeyd edib ki, son illərdə çap edilən kitabların sayı, tirajı çoxalır, bunun üçün yalnız sevinmək lazımdır: "Fərəhli haldır ki, bu nəşrlərin böyük əksəriyyəti keyfiyyət baxımından qənaətbəxşdir. Asif Bəkirlinin əsəri də bu nəşrlərdəndir. Müəllif hazırda fəlsəfə doktorluğu üzrə elmi araşdırmalarını davam etdirir".

Kitabın müəllifi Asif Bəkirli isə deyib ki, kitabda son 10 ildə onun dövrü mətbuatda və KİV-də dərc olunmuş müsahibə və çıxışları yer alıb: "Yeni kitabda insan resurslarının idarəedilməsi problemi əsas hədəfdir".

Daha sonra tədbir iştirakçıları müəllifin, həmçinin 2007-2010-cu illərdə çap olunmuş "Beynəlxalq idarəetmə standartları" və "Beynəlxalq idarəetmə sistemlərinin inteqrasiyası və audit" kitabları ilə də tanış olublar.

Tədbir müzakirələr əsasında davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə