HDQ-nin sabiq komandanı: “Bu cür gəmilərlə Putini qorxurmaq olmaz” HİDDƏT

HDQ-nin sabiq komandanı: “Bu cür gəmilərlə Putini qorxurmaq olmaz” HİDDƏT

Qiymətinə görə kifayət qədər bahalı hesab edilən və Böyük Brtitaniyanın hərbi dəniz qüvvələrinə məxsus "Duncan" gəmisi xarab olub və hərbi bazasına geri dönüb. Artıq bu, Şimal Alyansına (NATO-ya) daxil olan növbəti xarab olan hərbi gəmidir. SİA xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazır. Nəşr onu da qeyd edir ki, bu cür sınıq texnikalarla Vladimir Putini qorxutmaq olmayacaq.

Nəşr həmçinin yazır ki, hər birinin qiyməti milyard funt-sterlinə çatan bu gəmilər zamanın çoxunu lövbərdə keçirir.

Bundan öncə isə ABŞ hərbi dəniz qüvvələrinə məxsus hərbi gəmi "texniki nasazlığa" görə dənizə çıxdıqdan iki gün sonra geriyə qayıdıb.

"Duncan" gəmisi isə Böyük Brtitaniyanın hərbi bazasını bazar ertəsi günü tərk etmişdi. Həm ABŞ-a, həm də Böyük Brtitaniyaya məxsus gəmilər Plimut sahillərində hərbi təlim keçməliydilər və bundan sonra Avropa limanlarının birində sahilə yan almalıydılar. Lakin yerli sakinlər gəmilərin buksir olunaraq geriyə-bazaya qayıtdıqlarının şahidi olublar.

Böyük Brtitaniyanın müdafiə naziri də bəyan edib ki, gəmidə nasazlıqlar olub və təmir olunması üçün geriyə dönüb.

Məhz bu problem Brtitaniyanın hərbi dəniz qüvvələrinin sabiq komandanının hiddətinə səbəb olub və o ölkənin baş naziri Tereza Meyi vəziyyətdən dərhal çıxış yolu tapmağa səsləyib. O, qeyd edib ki, bu cür gəmilərlə Putini qorxurmaq olmaz.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə