Putin: “Münaqişələrin həllində BMT-nin rolu artırılmalıdır”

Putin: “Münaqişələrin həllində BMT-nin rolu artırılmalıdır”

Rusiya prezidenti Vladimir Putin münaqişələrin həllində BMT-nin rolunun artırılmasının zəruriliyini vurğulayıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Putin BMT-nin yeni Baş katibi Antonio Quterreşlə görüşdə deyib. O bildirib ki, Rusiya BMT-nin üzvü olan ölkələrdən biri kimi həmişə bu qurumun beynəlxalq məsələlərdə öz aparıcı rolunun gücləndirilməsi, insan hüquqları sahəsində, münaqişələrin həllində rolunun artırılmasının tərəfdarıdır.

Putin gələn ilin yanvarında fəaliyyətə başlayacaq yeni baş katiblə konstruktiv dialoqun davam edəcəyinə əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə