Bu gün Milli Məclisdə Türk mədəniyyəti və irsi Fondunun dəstəyi ilə "Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələri son 25" ildə mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda ilk çıxış edən Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov konfrans iştirakçılarına spiker Oqtay Əsədovun salamlarını çatdırıb.
Konfransın türkdilli ölkələr üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyən vitse-spiker söyləyib ki, burada müzakirələr oluncaq məsələlər bir çox problemlərin həllinə öz köməyini göstərəcək.
SSRİ-nin dağılması ilə Azərbaycanın parlaq qələbə əldə etdiyini deyən Z. Əsgərov ölkəmizin ilk müstqillik illərində çətin bir dövr yaşadığını dilə gətirib: "Azərbaycan xalqı çətin sınaqlarla üzləşməklə yanaşı, parçalanmaq təhlükəsini yaşadı. Ölkəmizin müstəqilliyi Ulu Öndərin hakimiyyətə qayıdışı ilə qorunub saxlandı. Bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Hazırda Azərbaycanda vətəndaş və insan haqlarının qorunması istiqamətində mühüm addımlar atılır. Ölkəmiz dünyada hökm sürən qlobal iqtisadi böhranı uğurla dəf edib. Azərbaycanın təcrübələri digər ölkələr üçün nümunəyə çevrilib".
Konfransda çıxış edən Azərbaycanın TürkPA-dakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov bildirib ki, 1991-ci ildə SSRİ-nin dağılması türkdilli ölkələr üçün gözəl şans yaratdı.
Onun sözlərinə görə, bundan məharətlə istifadə edən ölkələr öz müstəqilliyini elan etdi: "Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olub. Müstəqilliyimiz elan olunan illərdə ölkəmizdə vəziyyət ağır idi. Erməni təcavüzü, ölkəmizdə separatçı qüvvələrin fəaliyyət göstərməsi, iqtisadi, maliyyə böhranı Azərbaycanın ərazi bütövlüyünü təhlükə altına salmışdı. Məhz o zaman Ulu Öndərin hakimiyyətə gəlməsi müstəqillliyimizin, dövlətçiliyimizin eləcə də ərazi bütövlüyümüzün saxlanmasında böyük rol oynadı. Müasir müstəqil Azərbaycanın yaradıcısı Ulu Öndər oldu. Ondan sonrakı dövrdə ölkəmizdə iqtisadi, mədəni, sosial sahədə uğurlara imza atıldı. Bu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dünyada lider ölkələr sırasındadır və bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Belə ki, ölkəmiz I Avropa Oyunları, humanitar forumlar, Şahmat Olimpiadası, beynəlxalq dialoqlar və digərlər mühüm tədbirlərə ev sahibliyi edir. Bundan əlavə, ölkəmizdə sosial sahədə də böyük uğurlar əldə olunub. Müstəqilliyimiz dövrdə ölkədə 3 minə yaxın məktəb, 700-ə axın xəstəxana, 100-ə yaxın idman kompleskləri inşa və təmir olunub. 25 il müddətində türkdilli ölkələrin inkişafında onlar arasındakı sıx əlaqələrin də böyük rolu olub. Türkiyə hər zaman öz köməkliyini göstərib, müxtəlif problemlərin həllində öz yardımını əsirgəməyib. Bu gün Azərbaycan Qazaxıstan, Tacikistan, Türkmənistan, Qırğızıstanla sıx əlaqələr qurub və əməkdaşlıq edir".
Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan müstəqillik qazandığı dövrlərdə öz enerji resurslarını nəql etmək sahəsində bir sıra çətinliklər mövcud idi: "Məhz Ulu Öndərin siyasəti nəticəsində Bakı-Tbilisi- Ceyhan, İpək yolu və digər dəhliz və kəmərlər reallaşmağa başladı. Bunlar Azərbaycanı Avropanın enerji təhlükəsizliyini təmin edən ölkəyə çevirilib. Biz müstəqilliyimizin qədrini bilib, onu qorumağa çalışmalıyıq".
Beynəlxalq Türk mədəniyyəti və İrsi Fondunun sədri Günay Əfəndiyeva çıxışında müstəqilliyinin 25 ili tamam ölan türk ölkələrini təbrik edib. O bildirib ki, son 25 il Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkmənistanın tarixinə müstəqillik dövrü kimi daxil olub. Ümumiyyətlə, müstəqillik hər bir dövlət üçün önəmli və onun inkişafını müəyyən edən faktordur. Türk ölkələrinin ortaq tarixi, milli- mənəvi dəyərləri, dini var. Türk xalqlarının qədim keçmişi var və biz bu tarixə sahib çıxmalıyıq. Son 10 il müddətində qardaş ölkələr arasında əməkdaşlıq daha da genişlənib".
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, 1990-ci ilin başlanğıcında bölgədə baş verənlər dünyaya da öz təsirini göstərirdi: "1991-ci ildə Azərbaycanda baş verənlər bizə də pis təsir edib və xalqınızın mübarizəsi hər zaman bizim diqqətimizdə olub. Bu gün Azərbaycan inkişaf etmiş ölkəyə çevrilib. Eləcə də digər türk dövlətlərinin inkişafı biz sevindirir. Türkiyə bütün məsələlərdə türkdilli ölkələrə yardımını əsirgəmir".
Tədbirin davamında Qazaxıstanın , Qırğızıstanın ölkəmizdəki səfirləri çıxış edərək konfransın əhəmiyyətində və eləcə də ölkələrinin inkişaf tarixindən danışıblar.
Daha sonra TürkPA üzv ölkələrinin millət vəkilləri çıxış ediblər.
Tədbir müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB