Ziyafət Əsgərov: "Azərbaycanın təcrübələri digər ölkələr üçün nümunəyə çevrilib"

Ziyafət Əsgərov: "Azərbaycanın təcrübələri digər ölkələr üçün nümunəyə çevrilib"

"Bu gün Azərbaycan dünyada uğurlu inkişaf yolu ilə gedən bir ölkə kimi tanınır. Hazırda Azərbaycanda vətəndaş və insan haqlarının qorunması istiqamətində mühüm addımlar atılır". SİA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov "Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə" adlı konfransda çıxışı zamanı deyib.

Azərbaycanın dinlərarası münasibətlərdə də dünya ölkələrinə bir nümunə kimi göstərildiyini deyən Z.Əsgərov qeyd edib ki, bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib: "Azərbaycan son dövrlərdə iqtisadi böhranın baş verdiyi şəraitdə belə iqtisadiyyatını inkişaf etdirə bilib. Azərbaycanın təcrübələri digər ölkələr üçün nümunəyə çevrilib".

Z. Əsgərov qeyd edib ki, SSRİ-nin dağılması ilə Azərbaycan parlaq qələbə əldə edib: "Ölkəmiz müstəqilliyinin ilk illərində çətin dövr yaşayıb. Azərbaycan xalqı çətin sınaqlarla üzləşməklə yanaşı, parçalanmaq təhlükəsini yaşadı. Ölkəmizin müstəqilliyi Ulu Öndərin hakimiyyətə qayıdışı ilə qorunub saxlandı".

Bütün xəbərlər Facebook səhifəmizdə