Polşanın xarici işlər naziri istefaya hazırlaşır NATO-ya gedəcək, Rusiya narahatdır...
Polşa KİV-ləri yazırlar ki, Vitold Vaşikovskiy xarici işlər naziri postunu tezliklə tərk edəcək. SİA-nın məlumatına görə, bu barədə Polşanın "Fakt" dərgisi yazıb. Böyük ehtimala görə, o 2016-cı ilin sonuna qədər nazir kreslosunu tərk etdikdən sonra ölkəsinin NATO-dakı daimi nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Hazırda Polşanın NATO-da daimi nümayəndəsi Yatsek Nayderin daimi nümayəndəlik vaxtı 2016-cı ilin dekabrında başa çatır. Nəşr özünə yaxın mənbələrinə istinadən qeyd edir ki, Nayderi əvəzləyəcək şəxsin adı əslində bir il qabaq iyul ayında – NATO-nun Varşava sammitində məlum olub.
Vurğulanır ki, NATO daxilindəki prosesləri yaxşı bilən və bu istiqamətdə təcrübəsi olan Vaşikovskiy zamanında Alyansda Polşa nümayəndəsinin müavini olub. Ona görə də yeni vəzifəyə təyin olunmasını səbirsizliklə gözləyir.
Xatırladaq ki, Vitold Vaşikovskiy Polşa hökumətinin tərkibində hazırda soyuq münasibətlər yaşadığı qonşusu Rusiyaya qarşı ən kəskin ifadələri ilə yadda qalıb. Bu baxımdan Rusiya mətbuatı sözügedən təyinat ətrafında çoxsaylı proqnozlar irəli sürməyə başlayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB