Putin: “Saakaşvilinin qubernatorluğu odessalıların üzünə tüpürmək idi” KƏSKİN MÜNASİBƏT
Rusiya prezidenti Vladimir Putin Ukraynanın Odessa şəhərinin sabiq qubernatoru Mixail Saakaşvilini vaxtilə bu pozta təyin olunmasını odessalılara və bütövlükdə ukraynalılara təhqir hesab etdiyini bildirib. SİA xəbər verir ki, Putin bu barədə rejissor Oliver Stounun "Ukrayna atəşdə" adlı flmi üçün verdiyi müsahibəsində deyib. "Bu bir təhqirlə yanaşı, həm də odessalıların üzünə tüpürmək idi"-deyə qeyd edən Rusiyanın dövlət başçısı həmçinin xatırladıb edib ki, Mixail Saakaşviliyə ABŞ-a getmək üçün hətta işçi səfəri vizası belə verilməyib. O, bunu belə əlqələndirib ki, Saakaşvilini işlə təmin etmək istəyən Amerika universitetləri onu daimi şəkildə işə görmək istəməyiblər.
"Demək ki, o Odessanın qubernatoru vəzifəsini icra edə bilirsə, bu işi ukraynalıların özləri görə bilməzdimi?" –Putin sual edib.
Mixail Saakaşvili Odessanın qubernator postunu noyabrın 7-də tərk edib. Belə ki, o bu dəfə Ukraynanın prezidenti Petro Poroşenkonu cinayətkar klanları himayə etməkdə və onu korrupsiya ilə mübarizədə maraqlı olmamaqda ittiham edib.
Lakin buna rəğmən, Gürcüstanın eks-prezidenti və Odessanın sabiq qubernatoru Ukraynanın ali radasına növbədənkənar seçkilərin keçirilməsinə nail olacağını, o cümlədən öz siyasi partiyasını yaradacağını vəd edib.
Xatırladaq ki, Mixail Saakaşvili ölkəsindən mühacirət etdikdən sonra ukrayna vətəndaşlığı alıb. Gürcüstanda isə ona qarşı dövlət başçısı postunda olarkən bir sıra ittihamlar irəli sürülüb və cinayət işi açılıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB