Molla Bozorqun başına bobma düşdü ƏFQANISTANDA

Molla Bozorqun başına bobma düşdü ƏFQANISTANDA

İŞİD terror qruplaşmasının əsas rəhbərlərindən biri, eləcə də adıçəkilən təşkilıatın 7 nəfər üzvü ABŞ-ın hərbi hava qüvvələrinə məxsus pilotsuz təyyarənin bombardmanı zamanı öldürülüb. SİA xəbər verir ki, bu barədə yazan Hama Press agentliyinin məlumatına görə, bombardman reydi Əfqanıstanın şərqində yerləşən Nənqəhar əyalətində baş verib.

Məhv edilən İŞİD-in əsas liderlərindən biri Molla Bozorqdur. Agentlikdən bildirilir ki, rey zamanı terrorçuların bir neçə ağır silahları və silah arsenallarının saxlandığı anbarlar da dağıdılıb.

Ekspertlər bildirirlər ki, son zamanlar silahlıların Əfqanıstanın Şərq və Cənub əyalətlərində - Loharda, Nənqəharda, Gilmənddə, eləcə də ölkənin Şimalında – Gündüzdə, Cəuzcanda və Pərvanədə möhkəmləndikləri müşahidə edilir. Bununla yanaşı, İŞİD-ə "Taliban" hərəkatının səhra komandirləri ilə hərəkat döyüşçülərinin də qoşularaq, onlara biət etdikləri barədə faktlar əldə olunub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə