Goranboyda yas mərasiminə gedən ailə ziyana düşüb. Özü də heç düşünmədikləri halda. Evə qayıdarkən gördükləri mənzərə onları sözün əsl mənasında şoka salıb. Ötən gün axşam saat 20:00 radələrində Goranboy rayonunun Xoylu kəndində oğurluq hadisəsi baş verib. Kənd sakini Sənan Allahveridyev və ailə üzvlərinin evdə olmadığından istifadə edən çağırılmayan qonaqlar evin altını üsütünə çeviriblər. Aparılan axtarışların nəticəsi 9 min manat nağd pul və qızıl zinət əşyaları olub. Naməlum şəxs və ya şəxslər evə pəncərədən daxil olublar. Onlar pəncərəni xüsusi alətlə açdıqdan sonra saxlanc yerindən nağd pul və qızıl əşyalarını götürərək hadisə yerini tərk ediblər.
Zərərçəkənin müraciəti əsasında Goranboy rayon polis şöbəsinin əməliyyat qrupu hadisə yerinə gedib. Zəruri istintaq hərəkətləri həyata keçirən polis əməkdaşları hadisə yerindən əl-barmaq izlərini götürüblər. Ev sahibləri ilkin izahatlara hadisə vaxtı yaxınlarının yas mərasimində olduqlarını yazıblar. Bunu fürsət bilən qarətçilər öz çirkin niyyətlərini həyata keçiriblər. Oğurluq edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB