Gürcü politoloq: “Azərbaycan tezliklə ərazi bütövlüyünü təmin edəcək"
"Azərbaycan Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində həm siyasi, həm də iqtisadi yüksəlişini yaşayır". Bunu SİA-ya açıqlamasında Gürcüstanın Terror və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tiflis Dövlət Universitetinin professoru, politoloq Badri Natçkebia deyib.
Gürcü politoloq məhz bu siyasətin nəticəsində Azərbaycanın tezliklə ərazi bütövlüyünü təmin edəcəyinə inandığını ifadə edib: "Bir müddət bundan öncə erməni jurnalistlərinin Azərbaycana gəlməsi məni yaxşı mənada təəccübləndirdi. Çünki erməni jurnalistlər Azərbaycana öz istəkləri ilə gəlib, həqiqətləri etiraf etdilər. Bu, tək onların deyil, həm də erməni cəmiyyətinin etirafı idi. Artıq erməni xalqı da anlayır ki, münaqişənin həlli sülhdən keçir. Mən bunu yüksək qiymətləndirirəm".
"Qardaş Azərbaycan xalqına xoşbəxtlik, çiçəklənmə, arzu edirəm. Azərbaycan artıq regionda güclü oyunçuya çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq tədbirlər məhz ölkənizdə keçirilir. Biz buna çox sevinirik və məmnuniyyətlə bu konfranslarda iştirak edirik"- deyə, Badri Natçkebia əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB