EFE agentliyi Azərbaycanın xarici işlər nazirinin müsahibəsini yayıb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. Müsahibə "La Vanguardia" portalında da yerləşdirilib. SİA-nın AZƏRTACA-a istinadən xəbərinə görə, E.Məmmədyarov müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib, problemin həlli ilə bağlı Azərbaycanın mövqeyini oxucuların diqqətinə çatdırıb. Nazir müsahibədə, həmçinin ölkəmizin xarici siyasət prioritetləri haqqında söhbət açıb. E.Məmmədyarov bu prioritetlər sırasında Azərbaycanın konfessiyalararası və mədəniyyətlərarası dialoqun qurulmasına verdiyi önəmi qeyd edib. Nazir ölkəmizin İspaniya və Türkiyənin təşəbbüsü ilə yaradılmış BMT-nin Sivilaziyalar Alyansının fəaliyyətində fəal iştirakını xüsusi vurğulayıb. Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrindən danışan xarici siyasət idarəsinin rəhbəri ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı roldan bəhs edib. O, son illərdə bu istiqamətdə yaradılmış infrastruktur haqqında məlumat verib. Azərbaycan ilə Rusiyanın münasibətlərini "uğurla inkişaf edən strateji tərəfdaşlıq" kimi qiymətləndirən E.Məmmədyarov Latın Amerikası ölkələri ilə əlaqələrin inkişafının da xarici siyasət prioritetlərindən olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB