“Ruslar Naxçıvan istiqamətində ermənilərə birgə bizə qarşı vuruşa bilər” Politoloq
"Rusiyanın Ermənistana silah verməsi, birgə qoşun qruplaşması yaratması işğalçının qeyri-konstruktiv mövqeyini davam etdirməsinə səbəb olur. Rusiya qarşı tərəfi kompromisə gətirmək üçün belə addımları atdığını deyə bilər, amma bunun tamamilə əks nəticəsi olur".
Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov Rusiya və Ermənistanın birləşmiş qoşun qruplaşması yaratmasına münasibət bildirərkən deyib. Politoloq əlavə edib ki, ermənilər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında əvvəllər də inadkarlıq göstəririblər, amma bu addınıların nəticəsi kimi onlar daha qudurmuş bir mövqe tutacaqlar: "Reallıqda heç nə dəyişmir, çünki buna qədər də Rusiyanın hərbi bazası Ermənistan ərazisində idi. İrəvanla müqavilə əsasında bu hərbi baza erməniləri Ermənistan ərazisində qorumalı idi. Ermənistan rəhbərliyi istəyir ki, bütün qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərinə keçirsin, bizə qarşı vuruşsunlar, rusun hesabına isə öz torpağlarını əks zərbdən tamamilə sığortalasın. Rusiyanın qeyd edilən müqavilələri sanki buna xidmət edir".
Millət vəkili deyib ki, Rusiyanın bazası təkcə Türkiyə istiqamətində erməniləri qoruyurdu, bu qoşun qruplaşması isə Ermənistanın Naxçıvanla sərhəddində olan korpusu ilə birgə yaradılır: "İndi Naxçıvan istiqamətindən biz ermənilərə əks zərbə vurmaq istəiyimiz halda, rus erməni ilə birgə bizə qarşı vuruşacaq".
R.Musabəyov Azərbaycanın hər zaman bu kimi məsələlərlə bağlı öz mənfi mövqeyini Rusiyaya çatdırdığını xatırladıb: "Ermənilərə hərbi yardım edən tərəf əslində onlarla birgə Azərbaycan torpaqlarının işğalçısıdır. Biz əlbəttə Rusiyaya müharibə elan etməyəcəyik, ultimatum verməyəcəyik, lakin əminəm ki, öz narahatlığımızı və narazılığımızı çatdıracağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB