"Cənab Preizdent, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsinin ön xəttində düşmənlə yaxın məsafədə həyatını təhlükədə qoyub hərbçilərimizlə görüşməsi dövlət başçımızın daim onlarla birlikdə olduğunun göstəricisidir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin döyüş bölgəsinə səfəri Azərbaycan ordusuna yeni ruh verib və həmin bölgənin sakinlərinə dövlət başçısının onlara birlikdə olduğunu göstərib: "Ölkə rəhbərinin döyüş bölgəsinə tez-tez səfəri, həmin rayonların iqtisadi inkişafı, sosial şəraiti ilə tanış olması, göstərişlər verməsi, dövlət büdcəsindən vəsaitlər ayırması Prezidentimizin hər zaman xalqımızın yanında olduğuna parlaq nümunədir. Dövlət başçımız ixtisasca politoloq, beynəlxalq münasibətlər üzrə peşəkar mütəxəssis olduğuna görə informasiya müharibəsini çox uğurla aparır. Cənab Prezidentin vaxtında və yerində verdiyi bəyanatlar, söylədiyi fikirlər düşməni qorxuya salıb çaşdırmaqla yanaşı, Ermənistanın daxilində ciddi gərginliklər yaradır. Ali Baş Komandanın Füzulidə Lələtəpə döyüşü ilə bağlı bəyanatı, eyni zamanda Azərbaycan Müdafiə Nazirliyinin təlimlərə başlaması düşməndə ciddi qorxu yaradıb. Hətta bəzi ermənilər Dağlıq Qarabağdan köçməyə başlayıblar. İmkanı olan ermənilər Dağlıq Qarabağdan qaçırlar. Bu haqda erməni mətbuatında da məlumatlar yayılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB