Arzu Nağıyev: “Bu məqsədli şəkildə atılan addımdır” AÇIQLAMA

Arzu Nağıyev: “Bu məqsədli şəkildə atılan addımdır” AÇIQLAMA

"Düşünürəm ki, erməni hüquq müdafiəçiləri ötən gün Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu dilə gətirsəydilər, hüquq müdafiəçiləri kimi deyil, diplomatlar kimi qarşılanardılar. Eyni zamanda bu məqsədli şəkildə atılan addımdır". Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.

Politoloqun sözlərinə görə, erməni hüquq müdafiəçiləri Vahan Martirosyanın və Vahe Avetyan artıq Ermənistanla əlaqəsi az olan şəxslərdir: "Məlumdur ki, hər iki hüquq müdafiəçisi Azərbaycana Ermənistandan deyil, başqa dövlətlərdən gələnlərdir. Buna görə də ümumiyyətlə onların Azərbaycana gəlib ermənilər haqqında danışmaları, Ermənistan hakimiyyətini tənqid etmələri müsbət hal olsa da, Azərbaycanın qələbəsi kimi qəbul edilsə də, ciddi bir məsələ deyil. Ümumi sözlərlə, ifadələrlə danışmaq hələ tam şəkildə qəbul edilməməlidir. Buna görə də Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını dilinə gətirməmək onların tam səmimi olmasından irəli gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə