“Birgə qoşun qruplaşmasının yaradılması Qarabağ probleminin həllində ciddi əngəldir”
"Rusiya və Ermənistanın birləşmiş qoşun qruplaşması yaratması Dağlıq Qarabağ probleminin həlli yolunda ciddi əngəldir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bu, Rusiya tərəfindən atılan anormal addımddır: "Rusiya ATƏT-in Minsk qrupunun üzvü olduğu halda təcavüzkar dövlətlə necə birləşmiş qoşun yarada bilər?! Ümumiyyətlə, çox qarışıq bir proses gedir və Azərbaycan bu proseslərdən çıxmağı bacarmalıdır. Bunun üçün müvafiq beynəlxalq təşkilarlara müraciət edilməlidir".
Politoloq bildirib ki, Rusiya-Azərbaycan-Türkiyə münasibətlərinin inkişafını hər kəs arzu edir: "Amma Rusiya Ermənistana lazım olan köməyi göstərir, silah tədarük edir, birgə qoşun qruplaşması yaradır. Ona görə də Rusiyanın hərəkətlərini təqdir etmək mümkün deyil".
Qeyd edək ki, birgə qoşun qruplaşmasının yaradılmasına dair saziş Rusiya prezidenti Vladimir Putinə təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB