İtaliya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. SİA "news.am"a istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Paolo Centiloni İrəvanda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, rəsmi Roma "dondurulmuş" münaqişələrin nizamlanmasına böyük əhəmiyyət verir: "İtaliya Qarabağ münaqişəsinin sülh və diplomatik yolla həllinin tərəfdarıdır. Biz regionda hərbi əməliyyatlara qarşıyıq".
Qeyd edək ki, İtaliya bir neçə aydan sonra ATƏT üçlüyündə təmsil olunacaq, 2018-ci ildə isə qurumda sədrlik edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB