Centilyoni: “Münaqişənin sülh yolu ilə həllində səy göstərməyə hazırıq”

Centilyoni: “Münaqişənin sülh yolu ilə həllində səy göstərməyə hazırıq”

"İtaliya 2018-ci ildə ATƏT-ə sədrliyi dövründə münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üzrə səy göstərməyə hazırdır". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla birgə görüşündə İtaliya xarici işlər naziri Paolo Centilyoni deyib.

Onun sözlərinə görə, İtaliya ATƏT məkanında demokratik proseslərin inkişafına xüsusi diqqət ayırmaq niyyətindədir.

Paolo Centilyoni həmçinin əlavə edib ki, Azərbaycan və İtaliyanın Transadriatik qaz boru kəmərinin (TAP) həyata keçirilməsi üzrə üzərilərinə götürdükləri öhdəliklər ikitərəfli əməkdaşlığı genişləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə