Səfir: "Əlaqələrimizin inkişafı üçün əlimdən gələni edəcəyəm"

Səfir: "Əlaqələrimizin inkişafı üçün əlimdən gələni edəcəyəm"

Azərbaycandan 2009-cu ildə ayrılmışam, 7 il sonra səfir kimi Bakıda fəaliyyətə başladım. Azərbaycan bu illər ərzində böyük inkişafa nail olub. SİA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral media nümayəndələri ilə görüşdə deyib. O bildirib ki, bu gün Azərbaycanda televiziyalar və yazılı media ilə yanaşı, internet medianın fəaliyyətinin genişlənməsi məmnunluq yaradır. Həmçinin, ölkənin itisadiyyatı da inkişaf edir.

Diplomat son günlər Türkiyədə baş verən proseslərə toxunub: "Türk milləti terrorçuları, FETÖ və PKK-nı məhv etmək üçün birlikdə mübarizəni davam etdirəcək. Azərbaycanın 15 iyulda Türkiyəyə verdiyi dəstəyə görə bir daha təşəkkür edirik. Biz bu dəstəyi heç vaxt unutmayacağıq. Biz qardaş ölkələrik, bir millət, iki dövlətik. Əlaqələrimizin inkişafı üçün əlimdən gələni edəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə