Yusif Çinar: “Klintonun erməni lobbisi ilə çox yaxın əlaqələri var”

Yusif Çinar: “Klintonun erməni lobbisi ilə çox yaxın əlaqələri var”

"ABŞ-dakı prezident seçkiləri bu ölkənin xarici siyasətinin dəyişməsinə səbəb olacaq bəzi xüsusiyyətlərə malikdir". Bunu SİA-ya açıqlamasında Türkiyədəki "Strategic Outlook" Araşdırmalar Mərkəzinin prezidenti Yusif Çinar deyib. Onun sözlərinə görə, bunu namizədlər Hillari Klinton və Donald Trampın açıqlamaları da göstərir: "Məsələn, Trapm ABŞ-ın öz qapılarını müsəlmanlara bağlayacağını vəd edir. Klintonun isə erməni lobbisi ilə çox yaxın əlaqəsinin olduğunu demək olar. Həmçinin, Klintonun erməni lobbisi ilə əlaqələri demokratların erməni lobbisi ilə tarixi birliyindən qaynaqlanır. Belə ki, demokrat prezident Vilson ermənilərin ABŞ-a yerləşməsində əhəmiyyətli rol oynayıb. Bununla belə demokrat prezident Ronald Regan 1915-ci il hadisələrini "soyqırım" olaraq tanımayıb. Bir sözlə, erməni lobbisi Klintonun rəhbərliyi ilə daha aktiv ola biləcəyini söyləmək mümkündür".

Ekspertə görə, Trampın erməni lobbisi ilə əlaqəsi olsa da, Klinton qədər güclü deyil: "Hətta Azərbaycan lobbisinin Tramp ilə daha yaxın əlaqəsinin olduğunu demək olar".

Y.Çinar prezidentliyə namizədlərin Dağlıq Qarabağ münaqişəsinin həllində hansı mövqedə ola biləcəklərinə də toxunub. Onun sözlərinə görə, Tramp Qarabağ münaqişəsini həll edə bilməsə də, Klinton qədər problemin ermənilərin xeyrinə irəliləməsinə kömək etməyəcək: "Lakin bir şeyi unutmaq olmaz ki, beynəlxalq münasibətlərdə dövlətlərin öz maraqları əsasdır. Klinton erməni lobbisinə hansısa vədlər verə bilər, ancaq vəzifəyə başladıqdan sonra dünya siyasətində ortaya çıxan reallıqlar nəticəsində vədlərini dəyişə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə