Arzu Səmədbəyli Müsavat başqanını lağa qoydu- "cavan oğlandır... "

Arzu Səmədbəyli Müsavat başqanını lağa qoydu- "cavan oğlandır... "

Müsavat partiyası Ali Məclisinin və Divanının üzvü Arzu Səmədbəyli SİA-ya açıqlamasında uzun müddətdir siyasi proseslərdə iştirak etməməsinə, mətbuatda çıxış etməməsinə aydınlıq gətirib. A.Səmədbəyli açıqlamasında bildirib ki, mən öz şəxsi işlərimlə məşğulam. Ona ünvanladığımız "nə üçün təmsil etdiyiniz partiyanın adından mətbuatda çıxış etmirsiniz?" sualını "siyasi partiyamızın yeni rəhbərliyi var, cavan oğlandır, özü də müsahibələr verir" şəklində cavablandırıb. Qeyd edək ki, A.Səmədbəylinin Müsavat başqanı Arif Hacılını "cavan oğlan" kimi təqdim etməsi daha çox ironik münasibətə bənzəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə