"Bu ilin sonuna kimi Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başlamaq üçün mandat verə bilər". Bunu SİA-ya açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
O bildirib ki, hazırda bu istiqamətdə müzakirələr davam edir. Mandatın verilməsinin gecikməsinə gəlincə, nazir müavini vurğulayıb ki, bu Aİ-nin daxili məsələsidir, onlar müzakirələr aparırlar və yaxın vaxtlarda mandatın olacağına ümid edir: "Biz bununla bağlı aparılan müzakirələrə dəvət olunmuruq. Amma inanmıram ki, orda hansısa mənfi münasibət olsun. Çünki bu saziş açıq sazişdir. Əvvəcə onlar bizimlə müzakirələr aparıblar, bir neçə görüş keçirilib. Həmçinin, videokonfrans oldu. Biz qarşı tərəfə bildirdik ki, danışıqlar başlayandan sonra onların təklifinə baxa bilərik. Ona görə də sazişə hər hansı düzəliş etmirlər, sadəcə olaraq müzakirələr aparırlar. Hər hansl təklifləri olarsa, mandat veriləndən sonra müzakirə edə bilərik".
M.Məmməd-Quliyev Aİ ilə Azərbaycan arasında münasibətlərin müsbət olduğunu deyib.
Onun sözlərinə görə, mandat verilməsi və danışıqların başlanması əlaqələri daha da gücləndirıcək: "Münasibətlərimiz normaldı. Bu yaxınlarda Bakıda alt komitələrin üçünün iclası keçirildi. Hər bir alt komitə üzrə ayrıca sənəd hazırlanır və orda təkliflər öz əksini tapır. Biz o sənədləri hazırlayıb təqdim etdikdən sonra qarşı tərəf öz rəyini bildirəcək. Enerji, ekologiya və nəqliyyat üzrə sonuncu alt komitənin iclası isə dekabrda olacaq. Bununla da alt komitələr öz işini bitirəcək. Sonra isə Aİ-Azərbaycan əməkdaşlıq komitəsinin iclası olmalıdır. Parlamentlər arasında da əməkdaşlıq müsbət istiqamətdə davam etdirilir. Milli Məclis əlaqələrin bərpasına dair qərar qəbul etdi. Ona görə hesab edirəm ki, bu gün Aİ ilə əlaqələrimiz yaxşı səviyyədədir. Sazişi razılaşdırıb qəbul etsək, onda əlaqələrimiz daha yüksək səviyyəyə çatacaq. Çünki bunun məqsədi strateji tərəfdaşlıq, strateji əməkdaşlıqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB