Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə, xalis çəkisi 1,804 qram olan narkotik vasitə - heroin aşkar edilib.
SİA-nın məlumatına görə, faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB