"ABŞ terroçulardan öz məqsədi üçün istifadə edir" Əsəd

"ABŞ terroçulardan öz məqsədi üçün istifadə edir" Əsəd

"Moskva və Vaşinqton Suriya məsələsi üzrə razılığa gələ, terrorla mübarizədə müttəfiq ola bilmirlər". SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd Serbiyanın "Politika" qəzetinə müsahibəsinə deyib. O, buna ümid etdiklərini, amma bu razılığın real görünmədiyini əlavə edib: "Sadə bir səbəbə görə. Rusiya beynəlxalq normalar çərçivəsində terrorizmlə mübarizə aparır. Amerika isə öz siyasətini bu normaların əksinə aparır və terrorçulara dəstək verir". Əsədin sözlərinə görə, ABŞ terrorçulardan öz şəxsi məqsədləri üçün, siyasi arenada bir kart kimi istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə