"Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı sahilyanı ölkələr razılıq əldə ediblər. Bizim üçün çox vacib olan məqamlardan bir də Xəzərin dibidir. Amma dənizin fauna və florasının, səthinin bölünməsi barədə hələ ki, razılaşma əldə edilməyib". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, hazırda bu istiqamətdə danışıqlar aparılır: "Bu danışıqlar dövlət başçılarının Astanada keçiriləcək növbəti sammitinə qədər başa çatdırmalıdır. Bundan sonra isə Xəzərin hüquqi statusu barədə konvensiya imzalanmalıdır və bununla da proseslər başa çatmalıdır".
Politoloq əlavə edib ki, danışıqların detalları barədə ətraflı açıqlama verilmir, ona görə də şərh etmək bir qədər çətindir. Q.Hüseynli Türkmənistanın mövqeyinin xeyli yumşaldığını bildirib: "Türkmənistan indi xeyli kompromisli mövqe tutur. Amma İranın mövqeyində kompromisə doğru hər hansı dəyişikliyin baş verməsini söyləməkdə çətinlik çəkirəm. İranın öz mövqeyindən geri çəkiləcəyi hələ ki, inandırıcı görünmür".
Qeyd edək ki, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə Moskvada görüşü zamanı Xəzərin hüquqi statusuna dair konvensiyanın V Xəzər sammitində imzalanacağına ümid etdiyini bildirib.
Qazaxıstanın ev sahibliyi edəcəyi sammitin tarix hələlik dəqiqləşməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB