Həsən Ruhani Ermənistana səfər edəcək SƏFİR

Həsən Ruhani Ermənistana səfər edəcək SƏFİR

İran prezidenti Həsən Ruhani tezliklə Ermənistana səfər edəcək. SİA-nın məlumatına görə, bunu "1in.am"a müsahibəsində İranın Ermənistandakı səfiri Seyid Kazem Sacadi deyib. O bildirib ki, prezident Ruhaninin tezliklə Ermənistan səfər edəcəyinə və iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə ümid edir: "İranın Ermənistanla dostluq münasibətləri var və müəyyən edilmiş vaxtda bu səfər baş tutacaq. Həsən Ruhaninin Ermənistana səfəri ölkələrimiz arasında əməkdaşlığı daha da möhkəmləndirəcək və dərinləşdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə