ABŞ-da növbədənkənar seçkilər baş tutub 21 milyion amerikalı səs verib
21 milyondan çox amerikalı seçici artıq öz seçimlərini ediblər. Onlar ABŞ-ın həlledici ştatlarının seçiciləridirlər və növbədənkənar seçkilərdə səs veriblər. SİA xəbər verir ki, bu barədə The Newyork Times yazır.
Verilmiş səslər əsas seçki günü – noyabrın 8-də sayılacaq. Lakin qəzetin jurnalistlər ehtimal edirlər ki, demokratları dəstəkləyən seçicilər qeydiyyata alınmada Donald Trampı dəstəkləyən respublikaçı seçiciləri cüzi olaraq üstələyiblər. Bu isə öz növbəsində jurnalistlərdə belə bir fikir formalaşdırıb ki, buna səbəb FTB-nin direktoru Ceyms Kominin Klintonun şəxsi elektron poçtu vasitəsilə dövlət yazışmaları aparmasıyla bağlı yenidən araşdırmalara başlaması barədə konqresə ünvanladığı məktubdur.
Qəzet eyni zamanda qeyd edib ki, növbədənkənar səsvermələrdə demokratların seçki qərargahları daha fəal işləyib. Bu hal xüsusilə Florida, Kolorado və Nevada ştatlarında müşahidə edilib.
Nəşr həmçinin etiraf edir ki, seçkilərin nəticələrinə baxmayaraq, mövcud vəziyyətdə demokratlar ciddi təhlükə ilə üzləşə bilərlər. Belə ki, Hillar Klintonun şəxsi elektron poçtu vasitəsilə dövlət yazışmaları aparması hələ ki, səs verməyən seçicilərinin ona qarşı çıxmasına səbəb olacaq. Halbuki, Trampın seçki marafonundan kənarlaşması an məsələsi idi.
Beləliklə, FTB-nin Klinton barədə araşdırmalara və yeni istintaqa başlaması barədə qərarı demokrat namizədin populyarlığının kəskin həddə aşağı düşməsinə səbəb olub.
Xatırladaq ki, iki həftə öncə Klinton Trampı 10 faiz baryerlə üstələyirdisə, hazırda bu rəqəm 1 faiz həddinə qədər azalıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB