Hillari Klintonun başı dərddə FTB istintaqa başladı

Hillari Klintonun başı dərddə FTB istintaqa başladı

ABŞ-ın ədliyyə nazirliyi Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Kintonun şəxsi köməkçisi Huma Abedinin kompüterindəki sərt disklərdə saxlanılan materialları araşdırılmasına icazə verib. SİA xəbər verir ki, bu barədə CNN telekanalı şəxsi mənbələrinə istinadən məlumat yayıb.

Ehtimal olunur ki, kompüter daha öncə Abedinin əri Entonu Vinerə məxsus olub. Kompüter istintaq araşdırmalarına görə müvafiq orqan tərəfindən götürülüb. Bildirilir ki, sərt diskdə Abedinin Klintonla yazışmaları ilə yanaşı, onun ərinin azyaşlı ilə intimlə məşğul olmaq dəvəti barədə yazışmaları da var.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə