Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb. XİN-dən SİA-ya verilən məlumata görə, Prezident Kolinda Qrabar-Kitaroviç ölkəmizə səfərindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşlərdən və ölkələrimiz arasında əməkdaşlığın inkişafına dair apardığı hərtərəfli müzakirələrdən dərin məmnunluq hissi keçirdiyini bildirib.
Görüş əsnasında Azərbaycan və Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, turizm, nəqliyyat, dinlər və mədəniyyətlərarası dialoqun təşviq edilməsi və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB