Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salberin Azərbaycana səfəri başlayıb. SİA-nın məlumatına görə, iki gün davam edəcək səfər müddətində Salber Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-Avropa İttifaqı münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunacaq.
Qeyd edək ki, Aİ nümayəndəsi bundan əvvəl İrəvanda səfərdə olub və jurnalistlərə açıqlamasında bəyan edib ki, Dağlıq Qarabağda aprel hadisələrinin təkrarlanmasına yol vermək olmaz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB