"Münaqişənin həllini görmək istəyirik" BMT rəsmisi

"Münaqişənin həllini görmək istəyirik" BMT rəsmisi

BMT Azərbaycan və Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həllini görmək istəyir". SİA-nın məlumatına görə, bunu BMT-nin Bakıdakı Rezident Əlaqələndiricisi Qulam M.İshaqzai jurnalistlərə açıqlamasında deyib.

BMT rəsmisi billdirib ki, ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətindəki səylərini dəstəkləyirlər: "Münaqişənin sülh yolu ilə həllinin tapılması Minsk qrupunun və iki ölkənin öhdəliyindədir. BMT-nin baş ofisi bu məsələdə hər zaman öz köməyini göstərməyə hazırdır və baş katib bununla bağlı öz fikrini bildirib".

Bütün xəbərlər Facebook səhifəmizdə