Özbəkistanın Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılacaq

Özbəkistanın Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılacaq

Özbəkistanın Azərbaycandakı səfirliyində bu ölkədə dekabrın 4-də keçiriləcək prezident seçkiləri ilə bağlı mətbuat konfransı olub. SİA-nın məlumatına görə, səfirliyin müşaviri Cahangir Amin bildirib ki, seçkilərdə dörd partiya iştirak edəcək. Bunlar Milli Demokrat, Ədalət, Liberal Demokrat və Milli Dirçəliş partiyalarıdır. Hər dörd partiya artlq öz namizədini təsdiqləyib.

Onun sözlərinə görə, seçkiləri izləmək üçün beynəlxalq təşkilatlara dəvətlər göndərilib. Bunların arasında ATƏT, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar var. Azərbaycanlı müşahidəçilər də seçkilərin gedişini izləyəcək. Diplomat əlavə edib ki, seçki günü Özbəkistanın Azərbaycandakı səfirliyində 5 saylı seçki məntəqəsi yaradılacaq. Məntəqə səhər saat 6-da açılacaq və axşam 8-də bağlanacaq.

Müşavir əlavə edib ki, məntəqədə təxminən 400 nəfər səs verəcək: "Bizim Gürcüstanda səfirliyimiz yoxdur və ordakı vətəndaşlarımız da burda səs verə biləcəklər. Seçki günü Bakıda olan Özbəkistandan olan turistlər də səfirlikdə səs verəcəklər. Adətən bizim göstərici 100 faiz olur". C.Amin bildirib ki, təbliğat kampaniyasına oktyabrın 30-da start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə