İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fətullahçı Təşkilatı (FETÖ) terror təşkilatı kimi tanıyıb. SİA-nın məlumatına görə, bu barədə "ntv" Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğluna istinadən xəbər yayıb. Çavuşoğlu Özbəkistanda keçirilən İƏT XİN rəhbərləri Şurasının növbəti iclasında çıxışı zamanı 15 iyuldakı çevriliş cəhdi zamanı İƏT ölkələrinə sərgilədikləri mövqeyə görə təşəkkür edib.
O deyib ki, FETO dünyanın hər yerində fəaliyyət göstərən bir terror şəbəkəsidir. Xüsusilə də İslam ölkələrində yayılan bu şəbəkə öz qeyri-qanuni fəaliyyətini maliyyələşdirmək üçün iş əlaqələrindən, təhsil qurumları və mediadan istifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB