Rusiya prezidenti Vladimir Putin oktyabrın 19-da "Normand dördlüyü" formatında görüşdə iştirak edəcək. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya prezidenti sabah Berlinə yola düşəcək. Putin Almaniya və Fransa prezidentləri Angela Merkel və Fransua Ollandla danışıqlar aparacaq.
Peskovun sözlərinə görə, liderlər arasında konkret razılaşmanın olacağı barədə danışmaq hələ tezdir: "Lakin Rusiya əvvəlki kimi əmindir ki, Minsk razılaşmasına, xüsusilə də Ukraynanın yerinə yetirməli olduğu bu sənədin siyasi hissəsinə əməl edilməlidir".
Qeyd edək ki, daha əvvəl Ukrayna prezidentinin də görüşdə iştirakına dair məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB