Azərbaycanda müasir dövlətçilik sisteminin bərqərar edilməsi möhkəm hüquqi bazanın yaradılması 1995-ci ilin noyabrın 12 də Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konsitutsiyası qəbul olundu. Bununla Azərbaycanda hüquqi, demokratik və dünyavi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar olunması istiqamətində ciddi addimlar atıldı. Heydər Əliyevin hələ Azərbaycan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışdığı müddətdə Azərbaycan Respublikasının Konsitutsiyasının qəbuluna qədər olan dövrdə müstəqilliyimizin bərpası istiqamətində apardığı əvəzolunmaz tarixi işlərin nəticəsində müasir müstəqil Azərbaycan Respublikası rəsmi olaraq Konsitutsiyanın qəbulu ilə tamamlanmışdır.
Ulu öndər Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışdığı dövrdə Azərbaycanın ziyalı təbəqələrinin bir hissəsini represiyalarda təqiblərdən qorumağa özünə borc bilmişdir. O, çox gözəl başa düşürdü ki, qarşıda duran vəzifələrin yerinə yetirilməsində Azərbaycan xalqının qeyrətli oğul və qızlarının üzərinə böyük bir məsuliyyət düşür. 1969-cu ildə Azərbaycan SSRİ Komunist Partiyasının İyul Plenumunda Heydər Əliyev Partiyanın I-ci katibi seçilməsi ilə müstəqillik istiqamətində işləri daha da dərinləşdirməyə başladı. Məhz bu istiqamətdə Ulu Öndər mərkəzdən asılı olan, qapalı sistemin daxilində yaşayan və üstəlik də müsəlman-türk respublikasında milli dil siyasətini son dərəcə düşünülmüş və incə şəkildə həyata keçirmişdir. Heydər Əliyevin ana dilinə münasibətin son dərəcə siyasiləşdirildiyi və bir çox hallarda əsassız siyasi idtihamlar üçün zəminə çevirildiyi həmin illərdə Azərbaycan dilini məişət və ədəbiyyat səviyyəsindən dövlət dili səviyyəsinə qaldırmaq sahəsində ardıcıl fəaliyyət göstərməklə kifayətlənmirdi, həm də şəxsi nümunəsi ilə dilimizin nüfuzunu artırır, onun elmi əsaslarla öyrənilməsinə və geniş yayılmasına stimul yaradırdı. 1970-ci illərin əvvələrindən başlayaraq Azərbaycan dili dövlət əhəmiyyətli tədbirlərin dilinə çevrilir, ana dilinə laqeyidlikləri ilə az qala qürrələnən bir sıra rəhbər işçilər cəmiyyətdə, xalq arasında özlərini artıq əvvəlki kimi rahat hiss edə bilmirdilər. Ulu öndər Heydər Əliyev yaradıcı təşkilatların, xüsusəndə Yazıçılar İttifaqınn qurultaylarında, irimiqyaslı yubiley tədbirlərində Azərbaycan dilində sərrast və gözəl danışmaq nümunəsi göstərməklə,həm də ziyalıların, geniş ictimaiyyətin diqqətini ana dilimizin inkişafına yönəldirdi. Bunların nəticəsi olaraq Heydər Əliyev 1977-ci ildə qəbul olunan Yeni Azərbaycan Sovet Konsitutsiyasına Azərbaycan dilinin Azərbaycan respublikasının Dövlət dili olduğunu təsbit edən məşhur 73 cü maddəni daxil etməyə nail oldu. Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin 70-ci illərdə yürütdüyü fəal dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünədərk proseslərini sürətləndirdi və nəticə etibarı ilə Azərbaycan xalqının sovet imperiyasının dağılmasına hazırladı, onun bu prosesdə fəal iştirakını təmin etdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, Sovetlər birliyinə daxil olan respublikalar içərisində iqtisadiyyatın bütün sahələr üzrə - kənd təsərrüfatı, sənaye, energetika və.s böyük nailiyyətlər qazanılmağa başlanıldı. Artıq bu məsələ yuxarı dairələrdə qısqanclıqla qarşılanaraq Azərbaycanın müstəqil fəaliyyət göstərməsi imkanlarını vurğulayırdılar. Belə ki, hər il SSRİ-nin keçici qırmızı bayraqları ilə təltif olunan Azərbaycan yeni-yeni nailiyyətlərin əldə olunmasına təməl yaradırdı. Bu hal qarşısıalınmaz bir prosesə çevirilmişdir.
Azərbaycanın nailiyyətlərinə paxıllıq edənlər ona qarşı müxtəlif üsullardan istifadə olunmasını əsirgəmirdilər. Bu üsullardan biri və gözə görünməzi Heydər Əliyevi Azərbaycandan ayırmaq məsələsi idi. Onlar çox yaxşı bilirdilər ki, bu nailiyyətlərin qazanılmasında Azərbaycan xalqı ilə birlikdə Heydər Əliyevin xüsusi xidməti, tələbkarlığı və mübarizliyi durur. Heydər Əliyevin xalqdan ayırmağın çox çətin bir məsələ olduğunu hiss edən hiyləgər Sovet rəhbərləri onun Kremlə dəvət olunmasını və orada çalışması təklifinin verilməsi oldu. Ulu öndər özü bu işləri çox gözəl anlayırdı. Hətta ona təklif veriləndəki siz Moskvaya lazımsınız o bele cavab vermişdir ki, mənim respublikada görəcəyim işlər çoxdur. Lakin, kominist rejiminin qayda-qanunlarına əməl etməmək mümkün deyildi. Ona görədə o Moskvada-Kremlə gəlməyə razılıq verdi.
1982-ci ildə Ulu öndər Heydər Əliyev Siyasi Büronun üzvi və Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifələr tutdu. O, bir sira beynəlxalq sazişlərin, dünya əhəmiyyətli məsələlərin həll edilməsində nümayində heyyətinə başçılıq etmiş, dünya siyasətinə beynəlxalq vəziyyətə təsir göstərmək iqtidarında olan qərarlar qəbul edilməsində, şərq dövlətlıəri ilə münasibətlərin qurulmasında öz əvəzsiz töhfəsini vermişdir. Moskvada işlədiyi dövrdə Heydər Əliyev doğma vətəni olan Azərbaycanı bir an olsa bele yadından cıxarmır, hər an doğma vətənin qayğısına qalırdı. Hətta o, erməni lobbisinin çox güclü olduğu Dövlət Plan Komitəsində Azərbaycanın həyatı üçün vacib olan qərarların qəbulunu təmin etmişdir. Mənfur qonşularımız olan ermənilər Heydər Əliyevin hakimiyyəti dövründə "Dağlıq Qarabağ" məsələsini dəfələrlə cəht edərək qabartmaq istəmişlər. Lakin, Ulu öndərin cəsarətli addımları nəticəsində onların ideaları darmadağın edilmişdir. Məhz Heydər Əliyevin Azərbaycandan uzaqlaşdırmağın əsas üsullarından biridə Dağlıq Qarabağın gündəmə gətirilməsi ideası idi.
1987-ci ildə Heydər Əliyev vəzifədən getmək haqqında istefa ərizəsi yazdıqdan sonra Ermənistanın antiazərbaycan təbliğatı artmağa başladı və Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi üçün aparılan işlər daha da gücləndi.
20 yanvar 1990-ci ildə Heydər Əliyevin siyasi hakimiyyətdə olmamasından istifadə edən SSRİ rəhbərliyi Azərbaycan xalqının həyatında ən dəhşətli hadisə törətdi. Sovet Ordusu hissələri Azərbaycanın paytaxtına və başqa şəhərlərinə daxil olaraq günahsız insanları gülləbaran etdilər. Bu zaman hec kəsin cürət ede bilməyəcəyi bir addımı yenə Heydər Əliyev atdı. O özü təqib və təzyiq altında olmasına baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və cəsarətə SSRİ siyasi rəhbərliyinin, şəxsən M.S.Qorbaçovun bu siyasətini kəskin tənqid etdi. Ulu öndər Heydər Əliyev siyasi rəhbərlikdən uzaqlaşdrılmasına baxmayaraq, əsl Azərbaycan vətəndaşı kimi özünün bu cəsarətli addımları ilə bütün dünya ictimiyyətinin diqqətini Azərbaycana cəlb etdi. Bununla da Sovet imperiyasının qanlı cinayətindən sarsılmış və təklənmiş Azərbaycan xalqına ən çətin məqamda mənəvi dayaq oldu. Doğma xalqının ağır faciə ilə tək-tənha və başsız siyasətbazların əlində əsir-yesir qaldığı belə bir ağrılı məqamda Ulu öndərin uzaqdanda olsa, xalqı ilə bir olduğunu bəyan etməsi, onun bu qanlı cinayətə qətiyyətli etiraz səsi bütün dünyada böyük əks-səda doğurdu. Beləliklə, baş vermiş hadisələrə və faciəyə ilk siyasi qiymət verdi. Elə bunun nəticəsində Azərbaycan xalqı ruhdan düşmədi, öz mübarizəsini davam etdirdi və 1991-ci ilin oktyabrın 18 də öz müstəqilliyini bərpa etdi.
SSRİ-nin siyasi rəhbərliyindən uzaqlaşdrıldıqdan sonra Ulu öndər Heydər Əliyev çox böyük çətinliklə də olsa blokada şəraitində yaşayan doğma yurdu Naxçıvana üz tutdu. 1990-1993-cü illər ərzində Naxçıvanın ən ağır günlərində ona dayaq oldu və əlindən gələni əsirgəmədi. Ulu öndərin Naxçıvanda siyasi fəaliyyət göstədiyi qisa zaman kəsiyində Azərbyacanın imperiya asılılığından tamamilə azad olunması, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Naxcıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu. 19-20 Yanvar 1990-cı il faciəsinə siyasi qiymət verildi. Bundan başqa, Naxçıvan əhalisinin SSRİ-nin qorunub-saxlanılması barədə referendumdan iştirakdan imtina etməsi, Muxtar Respublika ərazisində Kommunist Partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, 20 yanvarın milli matəm günü, 31 dekabrın Dünya Azırbaycanlılarının Həmrəylik günü elan edilməsi, ilk demokratik islahatların keçirilməsi, Muxtar Respublikanın sərhədləri boyu atəşkəs rejiminin tədbiq olunması, dinclik, əmin-amanlıq yaradılması, aqrar sahədə, elmdə təhsildə quruculuq işlərinin başlanması, milli ordu hissələrinin, ilk milli sərhəd dəstəsinin yaradılması, keçmiş Sovet ordusunun Muxtar Respublika ərazasini tərk edərkən burdakı hərbi hissələrdə silah-sursatın və texnikanın Azərbaycanın digər bölgələrindən fərqli olaraq yüz faiz Naxçıvanda saxlanılmasına nail olması bütövlükdə doğma Azərbaycanımız üçün Ulu öndər Heydər Əliyevin həyata keçirtdiyi taleyüklü məsələlər idi.
Heydər Əliyevə məlum idi ki, müstəqilliyin əldə olunması faktoru ilə yanaşı, onun qorunub saxlanılması vacib və çox çətindir. Odur ki, güclü bir siyasi təşkilatın yaranması vacibliyi ortalığa çıxdı. Elə buna görə də Azərbaycanı yeni quruluşda- müstəqil görmək istəyən ziyalılar, ağıl, zəka sahibləri- yeni azərbaycanlılarla birgə 1992-cü ilin noyabrın 21 də Naxçıvanda Yeni Azərpaycan Partiyasının təsis qurultayı keçirilərək Yeni Azərbaycan Partiyasınının təməli qoyuldu.
Ulu öndərin hakimiyyətə qayıdışı ölkə iqtisadiyyatında ilk növbədə isə ölkənin neft-qaz sənayesində iflasa son qoydu. 1994-cü il sentyabrın 20 də bütün dünyaya səs salan "Əsrin müqaviləsi" imzaladı. Məhz bu tarixi andan başlayaraq ölkənin iqtisadiyyatı tədricə n hərəkətə gəldi. Uğurlu neft strategiyasını həyata keçirtmək üçün gənc kadrlara böyük ühtiyac duyulurdu. Ona görə ki, bu strategiya uzunmüddətli Azərbaycan xalqına xidmət edən bir layihə idi. ADNŞ-nin birinci vitse presizdenti kimi İlham Əliyevin başladığı taleh yüklü işlər Azərbaycan gəncliyini İlham Əliyevin simasında layiqli kadr potensialının olmasından xəbər verirdi. Gəncliyin lideri olan İlham Əliyev Heydər Əliyev ailəsində göz açdığından onun məsləhətləri, öyütləri və dünyaya baxışları ilk növbədə İlham Əliyev öyrənmiş və təbii ki Azərbaycan gəncliyinin ən layiqli gənc kadrlarından birinə çevrilmişdir. Təsadüfi deyil ki Heydər Əliyev dəfələrlə demişdir ki, mən İlham Əliyevə özüm qədər inanıram və hesab edirəm ki, bizim başladığı işi o layiqincə yerinə yetirməyə qadirdir. Ulu öndərin bu tarixi vəsiyyətinin Azərbaycan xalqı nəzərə alaraq gəncliyin ən layiqli numayəndəsi olan İlham Əliyevi böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının prezidenti seçmişdir.
Cənab Prezident İlham Əliyevin bu günə qədər fəaliyyəti onu bir daha göstərdi ki, Azərbaycan xalqı düzgün seçim etmiş və özünün ən layiqli övladı olan İlham Əliyevə arxalanmışdır.
Müstəqilliyimizin 25 illik ərəfəsində Cənab Prezidentimiz İlham Əlieyvin rəhbərliyi ilə əldə olunmuş nailiyyətlərə nəzər salsaq, Azərbaycanın çox düzgün yolda olduğu təsdiq olunur. Belə ki, İqtisadiyyatın artmasında özəl sektorun payı 82%-ə çatdırılmışdır. Azərbaycanın milli maraqları ilə bağlı ölkəmizdə vahid mövqe inkişaf etdirilir. Qanunun aliliyi ölkəmizdə hökm sürür.
Son 25 ildə əldə olunmuş nailiyyətlər maksimum həddə çatıb və Azərbaycan İqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75%-ı təşkil edir. Dünya İqtisadi Formunun rəyinə görə Azərbyacan iqtisadi inkişafa görə dünyada 40-ci, MDB ölkələri sırasında isə 1-ci yerə yüksəlib. Neft bizim mühim başlıca sərvətimizdir. Yeni neft və qaz yataqlarının aşkar edilməsi Azərbaycanın 100 il neftə və qaza olan ehtiyacını təmin edəcəkdir. Azərbaycanın zəngin neft-qaz resursları və məqsədyönlü siyasəti enerji sahəsində də böyük işlər görülməsinə imkan yaratmışdır. Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionumuzun hüdudlarını aşaraq ölkələri və qitələri birləşdirir.
Enerji təhlükəsizliyi məsələsinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan "Cənub qaz dəhlizi" layihəsinin icrasına başlanması tarixi hadisədir.
Nəqliyyat infrastrukturunun inkişafı da ölkəmizdə prioritet istiqamətlərdəndir. Bu gün biz müasir texnologiyaların tətbiqi və qonşu dövlətlərin iştirakı ilə tarixi İpək Yolunu bərpa edirik. Hazırda Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə qədər uzanacaq Bakı-Tbilisi-Qars dəmir yolu da tikilir ki, bu, ilk dəfə olaraq Azərbaycanı dəmir yolu vasitəsilə Avropa ilə birləşdirəcək. Bunun tarixi əhəmiyyəti var.
Nəqliyyat infrastrukturunda olduğu kimi, müasir texnologiyaların müxtəlif sahələrdə tətbiqinə də xüsusi önəm verilir. Azərbaycan "Azerspace-1" və "Azersky" peyklərini orbitə çıxararaq dünya kosmik ailəsinə qoşulmuşdur. Ölkəmizdə müasir idarəetmənin təmin olunması və şəffaflığın artırılması üçün "elektron hökumət" quruculuğu istiqamətində işlər aparılır.
Bütün bunları bizə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev öz sözləri və əməlləri ilə öyrətmişdir. Bu xətti qoruyub saxlamaq və inkişaf etdirmək harada yaşamasından aslı olmayaraq hər bir azərbaycanlının milli şərəf borcudur.
Azərbaycanın ən böyük nailiyyəti onun müstəqilliyidir. Bu günki gənclik müstəqil dövlətimizin həqiqətlərini tam dərk edir və onları dövlətçiliyimizin atributlarının qorumasını özünün müqəddəs borcu hesab edir. Bu günkü gənclik Azərbaycanımızı inamla güclü dövlətə çevrilməsi üçün konkret və real işləri ilə Yeni Azərbaycan Partiyasının yenilməz lideri olan Cənab prezident İlham Əliyevin ətrafında sıx birləşərək ona layiqli arxa olacaqdır.
Ulu öndər Heydər Əliyevin müdrik kəlamında deyildiyi kimi "Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir".
YAP Sabunçu rayon Gənclər Birliyinin sədr müavini Məhəmməd Əsədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB