Mütəllim Rəhimli: “Arif Hacılı görüntü yaratmağa çalışır” AÇIQLAMA
"Son zamanlar Müsavat Partiyasının imici cəmiyyət arasında kifayət qədər dəyişib. Əvvəllər belə bir fikir formalaşmışdı ki, Müsavat ölkənin problemləri ilə bağlı mübariz aparırdı. Bu mübarizəsində isə heç bir zaman güzəştə getməyib. Amma indi bu partiyada çox böyük dəyişikliklər baş verdi". Bunu SİA-ya Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.
Sədr müavininin sözlərinə görə, partiyada qruplaşmaların yaranması və onların arasında mövcud olan qarşıdurmalar qarşılıqlı ittihamlarla nəticələndi: "İndi də Arif Hacılı ittiham olunur ki, o ictimai maraqlar uğrunda deyil, şəxsi mənafeləri üçün siyasətlə məşğuldur. Buna görə də o indi üzərində olan bu imici, ittihamları dəyişmək üçün AXCP-yə və "Milli Şura"ya əməkdaşlıq təklif edib. Düşünürəm ki, bu səmimi əməkdaşlıq təklifi deyil. Bu, sadəcə müəyyən zaman qazanmaq və özünün mənfi obrazını dəyişmək üçün atılan bir ideyadır. Düşünürəm ki, Arif Hacılı əməkdaşlıq üçün danışıqlara başlasa belə, bu sona yetməyəcək. O, sadəcə olaraq görüntü yaratmaq üçün səy göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB