Bakıda elm və texnologiya üzrə beynəlxalq tədbir keçirilib YENİLƏNİB - SƏS TV
Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Avropa İttifaqının tədqiqat və innovasiyalar üzrə tanınmış "HORİZON-2020" Proqramı hüdudlarında fəaliyyət göstərən "Black Sea Horizon" (BSH) və "EaP PLUS" layihələri çərçivəsində Avropa Tədqiqat Zonaları Şəbəkəsinə (ERA.NET) daxil olan qurumların, Avropa İttifaqının üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələrinin və Şərq Tərəfdaşlığı ölkələrinin təmsilçilərinin və ekspertlərinin iştirakı ilə elm, texnologiya və innovasiyalar üzrə beynəlxalq tədbir ("Workshop for the Participation of Non-EU Black Sea and EaP Countries in Thematic COFUND ERANETs & JPIs") keçirib.
SİA-nın məlumatına görə, tədbirdə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli, Təhsil Nazirliyinin rəsmisi Yaqub Piriyev, xarici diplomatik korpusun Azərbaycandakı nümayəndəlikləri və KİV nümayəndələri iştirak edib.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, tədbirin həmtəşkilatçısı Yunanıstanda fəaliyyət göstərən "Regional və Beynəlxalq Elm, texnologiya və innovasiyalar üzrə Araşdırmalar və Dəstək Mərkəzi"idir (CeRISS).
O bildirib ki, Elmin İnkişafı Fondu "Black Sea Horizon" və "EaP PLUS" layihələrində qurum kimi iştirakçıdır: "Fondun səmərəli fəaliyyəti nəzərə alınmaqla, adıçəkilən yüksək səviyyəli iclasın Bakıda keçirilməsi üzrə qərar BSH layihəsinin cari ilin iyun ayında Vyanada keçirilən Baş Assambleyasında qəbul edilib. Tədbirin işində Avropadan (Avstriya, Yunanıstan, Almaniya, İtaliya, Hollandiya, Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Gürcüstan, Moldova, Türkiyə) və Azərbaycandan tanınmış ekspertlər iştirak edir".
E.Babayev əlavə edib ki, iclasda Avropa İttifaqı ölkələri ilə bu İttifaqın üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələri və Şərq Tərəfdaşlığı ölkələrinin alimləri arasında elmi əməkdaşlığın perspektivləri, Avropa Tədqiqat Zonaları Şəbəkəsi (ERA.NET) üzrə müxtəlif tədqiqat proqramları (mədəni irs, bioiqtisadiyyat, materialşünaslıq, iqlim, qlobal urban və demoqrafiya problemləri) üzrə Avropa çərçivəsində birgə həll yolları məruzə ediləcək, Şərq Tərəfdaşlığı ölkələrinin təcrübəsi haqqında məlumat veriləcək, cari vəziyyət, problemlər, uğurlar və perspektivlər müzakirə ediləcək.
Xatırladaq ki, tədbir iki gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB