Rusiya prezidenti Valdimir Putinin Parisə səfərdən imtina etməsinə təəssüflənirik. SİA-nın məlumatına görə, bunu Europe1 radiosuna açıqlamasında Fransanın xarici işlər naziri Jan-Mark Eyro deyib. O bildirib ki, Putinlə Suriyadakı vəziyyətin müzakirə edilməsi planlaşdırılırdı: "Ona bu barədə təklif edilmişdi. Putin Parisə gəlməyə hazırlaşırdı, Pravoslav kilsəsində sərginin açılışına da qatılacaqdı. Lakin Putin Suriya məsələsini müzakirə etməmək üçün səfərdən imtina etdi. Buna görə təəssüflənirik".
Qeyd edək ki, Rusiya liderinin Fransaya səfəri oktyabrın 19-na planlaşırılırdı. Amma səfər proqramında nəzərdə tutulan bəzi tədbirlərin ləğv olunması səbəbindən Putin səfərdən imtina edib.
Daha əvvəl isə prezident Fransua Olland rusiyalı həmkarı ilə görüşə biləcəyindən əmin olmadığını bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB