Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Azərbaycan Respublikasında "Maddi-Texniki Təminatın Əsasları" mövzusunda seminar keçirilir. SİA-nın məlumatına görə, tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara "Maddi-Texniki Təminatın əsasları", "Əməliyyatlarda Maddi-Texniki Təminatın planlaşdırılması" və digər mövzular barədə məlumatlar verilir, eləcə də sindikatlar təşkil edilir.
Tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB