Tural Abbaslı AXCP sədrinin iddiasına cavab verdi AÇIQLAMA!

Tural Abbaslı AXCP sədrinin iddiasına cavab verdi AÇIQLAMA!

"Sentyabrda keçirilən aksiyaları nəzərdə tutaraq bunu "yeni xalq hərəkatı" kimi təqdim etmək yanlışdır. Çünki bu gün ortada müxalifətdə hər hansı bir siyasi hərəkətlilik yoxdursa, hansı yeni dalğadan danışmaq olar!? Özlərini lider hesab edənlər öz cılız ambisiyalarından vaz keçməyi bacarmadılar".

Bu fikirləri SİA-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı bildirib.

AXCP sədri Əli Kərimlinin "Azadlıq" qəzetində dərc olunan "sentyabrda keçirilən mitinqlər yeni xalq hərəkatının yaranmasıdır" fikrinə münasibət bildirən T.Abbaslı qeyd edib ki, özlərini müxalifət "lideri" adlandıran şəxslər mitinqlərdən müxalifətdaxili mövqe savaşları kimi istifadə etdilər: "Mən şəxsən bu aksiyaları müxalifətdə liderlik savaşı kimi qiymətləndirirəm. Belə düşüncəli siyasilərin baxışları və fəaliyyət metodları dəyişməsə müsbət nəsə olacağına inanmıram.Müxalifətin yeni üzlərə və yeni yanaşmalara ehtiyacı var".

Bütün xəbərlər Facebook səhifəmizdə