“Azərbaycan Suriyaya humanitar yardım göndərməyi planlaşdırır”
"Çin, Azərbaycan, Serbiya, Hindistan və Qazaxıstan Suriyaya humanitar yardım göndərməyi planlaşdırır". SİA TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov Syanşan Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya Hələbdə kütləvi humanitar yardım kampaniyası təşəbbüsünü irəli sürüb və beynəlxalq ictimaiyyəti bu səyləri dəstəkləməyə çağırıb: "Rusiyanın Suriyada fəaliyyətinin mühüm aspekti bu ölkənin xalqını humanitar yardımla təmin etməkdir. Biz beynəlxalq ictimaiyyəti Rusiyanın təşəbbüsünə qoşulmağa çağırırıq. Bizi Belarus dəstəkləyib, Çin, Azərbaycan, Serbiya, Hindistan, Qazaxıstan humanitar yardım göndərməyi planlaşdırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB