Asim Mollazadə: “Azərbaycanın dünyada nüfuzu getdikcə artır” AÇIQLAMA
"Ümumiyyətlə Azərbaycan beynəlxalq təşkilatlarda beynəlxalq ictimai rəyi bölgədə baş verən hadisə ilə bağlı yetərincə məlumatlandıra bilir". Bunu SİA-ya millət vəkili Asim Mollazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, artıq dünyada anlmağa başlayıblar ki, Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan ərazisini işğal edib: "Bununla yanaşı Azərbaycanın həyata keçirdiyi strateji layihələr də dünyanın diqqətini cəlb edir və ölkəmizə dəstəyi artırıb. Bu mənada hesab edirəm ki, Azərbaycanın dünyada nüfuzu getdikcə artır və Azərbaycan həyata keçirdiyi strateji layihələrin gücü durmadan yüksəlir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB