Prezident Vladimir Putinin Parisə səfəri ilə bağlı Moskva hazırlıqları davam etdirir. SİA-nın RİA Novosti-yə istinadən məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmirti Peskov prezident Fransua Ollandın Putinin Parisə səfəri zamanı onunla görüşə bilməyəcəyinə dair açıqlamasını şərh edərkən bildirib.
Peskov əlavə edib ki, bununla bağlı onlarda heç bir rəsmi məlumat yoxdur və Paris səfərinə hazırlıqlar davam edir. Eyni zamanda dövlət başçıları Yelisey sarayında danışıqlar aparacaqlar. Mətbuat katibi Putinin Rusiya Mədəniyyət Mərkəzinin açılışında iştirak edəcəyini də vurğulayıb.
Qeyd edək ki, Putinin oktyabrın 19-da Fransaya səfəri gözlənilir. Prezidentlərin əsasən Ukraynadakı vəziyyəti və Suriya böhranını müzakirə edəcəyi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB