ABŞ idmançılarına dopinqdən istifadəyə rəsmi icazə? QALMAQAL

ABŞ idmançılarına dopinqdən istifadəyə rəsmi icazə? QALMAQAL

ABŞ idmançılarına qadağan olunmuş dərman perparatlarının terapiya (TUE) məqsədi ilə istifadəsini sübut edən sənəd üzə çıxıb. SİA xəbər verir ki, bu barədə anonim hakerlərin saytı kimi fəaliyyət göstərən Fancy Bears məlumat yayıb.

"Bizdə ABŞ-ın idman məmurlarının bir neçə məktubu var ki, həmin məktublarda idmançıların dopinqdən istifadələrinə rəsmi icazə verilib. Bu gündən başlayaraq biz ABŞ-ın antidopinq (USADA) agentliyinin elmi rəhbəri Mettyu Fedorukun elektron məktublarını dərc edəcəyik"-deyə hakerlərin bəyanatında bildirilir.

TUE-dən 200 atletin istifadə etdiyi bildirilir. Onlar əsasən velosipedçilər, triatlonçular, tennisçilər, üzgüçülər və xizəkçilərdir. Dərc olunmuş məktublarda eyni zamanda bildirilir ki, USADA bir çox hallarda idmançıların dopinqdən, qadağan olunmuş perparatlardan istifadə hallarını bilərəkdən Beynəlxalq Antidopinq Agentliyindən gizlədiblər.

Bəlli olub ki, sentyabr ayının ilk 15 günlüyündə hakerlər amerikalıların antidopinq agentliyinin bazasını sındıraraq orada yerləşdirilmiş konfedensial məlumatları götürüblər. Hakerlər ümumilikdə TUE-dən istifadə etmiş 7 idmançının adlarını əldə edib. Onlar arasında tennisçilər Serena və Vinus Vilyamsların, ispaniyalı tennisçi Rafael Nadalın, Böyük Brtitaniyalı velosipedçi Kris Frumun, rusiyalı boks olimpiyaçısı Mişa Aloyanın da adları var.

Maraqlıdır ki, Beynəlxalq Antidopinq Agentliyi də artıq üzə çıxmış dopinq testi sənədlərin gerçək olduğunu təsdiqləyib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə