"Bakı və Moskva terrorizmlə mübarizədə səylərin koordinasiya edilməsi üzrə gündəlik iş aparır". SİA-nın məlumatına görə, bunu "RİA Novosti" agentliyinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
Onun sözlərinə görə, tərəflər arasında bu proses çox fəal şəkildə aparılır: "Bizim xüsusi xidmət orqanları, Daxili İşlər Nazirlikləri arasında çox yaxşı əməkdaşlıq mövcudur. Bu yaxınlarda Bakıda MDB kəşfiyyat orqanları və təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçirildi".
Səfir əlavə edib ki, hazırda Yaxın Şərqdə, Avropanın özündə bütün baş verənlər, həmçinin iqtisadi böhran gözlənilməz nəticə verə bilər: "Ölkələr ayrılıqda terrorla mübarizə apara bilməzlər. Onu da nəzərə almaq lazımır ki, artıq terror MDB-nin sərhədlərinə yaxınlaşıb. Buna görə də qarşılıqlı əməkdaşlıq çox vacibdir. Bu əməkdaşlıq həm Azərbaycanla Rusiya arasında, həm də Azərbaycanla Qazaxıstan arasında mövcuddur. Terrorun səbəblərinin aradan qaldırılması da çox vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB