“Xarici qüvvələr müxalifətin əli ilə məkrli siyasətlərini həyata keçirməyə ümid bəsləyirdilər" MÜSAHİBƏ
Millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin SİA-ya müsahibəsi:
- Tahir bəy, ADP ilə "VİP" bir araya gələrək yeni blok yaratmaq istəyindədirlər. Sizcə, Sərdar Cəlaloğlu və Əli Əliyev müxalifətin birliyinə nail ola bilərmi?
- Əgər AXCP və Müsavat partiyaları bir araya gələ bilmirlərsə və hətta bir araya gəldikdə belə nə isə bir iş görə bilmirsə onda ADP ilə VİP hansı gücü nümayiş etdirə biləcək ki? Hansı müxalifəti birləşdirəcək? Bu baxımdan, bu məsələyə real olmayan bir məsələ kimi baxıram. Bu birlik alınsa belə, real gücə malik olmayacaq.
- Necə düşünürsünüz müxalifətin birliyinə hesablanan yeni təşəbbüslərin arxasında hansısa xarici təsirlərin olduğunu ehtimal etmək olar?
- Əgər xaricdə olan bəzi qüvvələr Referendum dövründə müxalifəti bir araya gətirə bilmədilərsə inanmıram ki, bundan sonra da xarici qüvvələr müxalifət düşərgəsini təmsil edən partiyaların birləşməsini istəsinlər. Çünki Azərbaycanı istəməyən xarici qüvvələr müxalifət partiyalarını ələ almaqla öz məkrli siyasətlərini həyata keçirməyə ümid bəsləyirdilər. Amma hər zaman olduğu kimi, nə xarici qüvvələrin, nə də müxalifətin planları baş tutmadı.
- Müxalifətin inteqrasiyası bütün hallarda iflasa uğrayıb. Günahkarlar da bütün hallarda İsa Qəmbər, Arif Hacılı və Əli Kərimli olub. Bu baxımdan, demək olarmı ki, yeni təşəbbüslər, yeni ideyalar bu şəxslərin hesabına yenidən iflasa uğrayacaq?
- Demək olar ki, AXCP və Müsavat partiyaları ömür boyu "ana" müxalifət, müxalifətin "vahid lideri" müxalifətdən prezidentliyə "vahid namizəd", hətta "ehtiyat vahid namizəd" olacaq kimi məsələlərlə bağlı mübarizə aparıblar. Amma istəkləri baş tutmayıb. Çünki, iddiaların sayı cox olduğundan və maraqlar toqquşduğundan istəklər baş tutmayıb. Hətta referendum öncəsi AXCP və Müsavat partiyalarına rəhbərlik edən şəxslər birləşib bir yerdə mitinq keçirə bilmədilər. Səbəbdə hər iki partiaya liderlərinin bir-birinə düşmən kəsilmələridir. Bu baxımdan demək olar ki, müxalifət partiya liderləri bir-birləri ilə yarışa giriblər ki, hansı güclüdür, hansı digərini sıradan çıxara bilər. Bu da müxalifətin məhvinə, sıradan çıxmasına gətirib çıxaran başlıca amildir.
Gülyanə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB