Ərdoğan və Putin nələri müzakirə etdi?

Ərdoğan və Putin nələri müzakirə etdi?

Dünən axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, telefon danışığında iki dövlət arasındakı əlaqələrlə yanaşı, Suriyadakı son hadisələr də müzakirə edilib. Dövlət başçıları Beynəlxalq Enerji Konqresi zamanı İstanbulda gerçəkləşəcək görüş haqqında da fikir mübadiləsi aparıblar. Prezidentlər bir neçə beynəlxalq layihə haqqında müzakirələr aparıb və iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini ifadə ediblər.

Danışıqda Suriyada gedən hərbi döyüşlərin dayandırılması və humanitar yardımların çatdırılması istiqamətində işlərin daha da gücləndirilməsinin önəmi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə