Piter Teyzin: "Azərbaycan qərəzli informasiyaların qurbanı olur"

Piter Teyzin: "Azərbaycan qərəzli informasiyaların qurbanı olur"

"Hazırda ənənəvi jurnalistikanın dinamik transformasiyaya məruz qaldığını diqqətə çatdırırıq. Bu, internet şəbəkədə zərərli məlumatların yayılmasına, silah və narkotik vasitələrin hazırlanması texnologiyalarının yayılmasına da şərait yaradır". SİA-nın xəbərinə görə, bu sözləri AzərTAC-ın baş direktoru Aslan Aslanov V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu, transformasiya şəraitində yeni çağırışlardır: "Şəbəkə jurnalistikası və mikrobloqların roluna xüsusi toxunmaq lazımdır. Bunlar vətəndaş informasiya agentliklərinə çevrilir. Müasir trendlərə yeni reallıqla yanaşmaq lazımdır və onları qəbul etməyə məcburuq. Biz şəbəkə jurnalistikasına təhlükə mənbəyi kimi yox, sərt koorporativ nəzarətdən xilas olma forması kimi baxmalıyıq".

Daha sonra çıxış edən ABŞ-ın proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin qeyd edib ki, Azərbaycan xaricdə dərc olunan qərəzli informasiyaların qurbanı olur: "Xaricdə Azərbaycanla bağlı məlumatların şəffaflığı və səmərəliliyinə nail olunmasının yolları barədə də araşdırmalar aparılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə