Azərbaycanda prezidentlik müddətinin uzadılması daxil olmaqla Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun nəticələri bu ölkənin xalqının real iradəsini əks etdirir. SİA-nın məlumatına görə, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Minskdə jurnalistlərə deyib.
O bildirib ki, referendumun nəticələri göstərir ki, Azərbaycan xalqı Konstitusiyaya dəyişiklikləri dəstəkləyir. Lebedev xatırladıb ki, Azərbaycanda keçirilən referendumda MDB-dən də müşahidə missiyası işləyib: "Onlar referendumun qanuni, şəffaf, demokratik keçirildiyini, Azərbaycan xalqının iradəsini əks etdirdiyi bildirdilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB