Azərbaycan və Türkiyə arasında hərbi məsələlər müzakirə edilib

Azərbaycan və Türkiyə arasında hərbi məsələlər müzakirə edilib

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun "ADEX-2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Bakıda səfərdə olan Türkiyənin milli müdafiə naziri Fikri İşıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də mütəxəssislərin birgə hazırlığı, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə